Sayt hazırlanarkən nələrə diqqət edilməlidir?

Sayt hazırlanarkən nələrə diqqət edilməlidir?

Bu gün hər sahədə inkişaf edən texnologiyalar proqram təminatında da inkişaf edir. Effektiv veb səhifə yaratmaq, istifadəçilərin diqqətini cəlb etmək və məqsədlərə çatmaq üçün veb səhifələriniz bəzi vacib məzmun tərtibatlarına malik olmalıdır.

Tez Açılan Veb Səhifələriniz

Veb səhifənizin sürətli yüklənməsi istifadəçilərin saytınızda daha uzun müddət qalmasını təmin edir. Bundan əlavə, ziyarətçiləriniz tez açılan səhifələr arasında daha çox səhifəyə baxırlar. Bu yolla, sürətli yüklənən səhifələr axtarış sistemlərində daha yaxşı sıralanmanıza kömək edir.

Dizaynda Rəng Seçimləri

Göz yormayan rənglərdən istifadə səhifənin vizual estetikasını artırır, ziyarətçilərə xoş təəssürat bəxş edir və ziyarətçilərin baxdığı səhifələr ziyarətçilərinizin gözünü yormur.

Mobil Uyğunluq

Mobil uyğun dizayn müxtəlif cihazlardan olan istifadəçilərə veb saytınızda rahat şəkildə naviqasiya etməyə imkan verir. Bundan əlavə, ziyarətçiləriniz mobil girişdə üstün təcrübə qazanır və siz onların veb saytınızın səhifələri arasında keçidini asanlaşdırırsınız.

Veb üçün optimallaşdırılmış şəkillər

Tez yüklənən, sıxılmış və optimallaşdırılmış şəkillər səhifənin performansını və səhifə təcrübəsini artırır.

SEO Dostu Kontent

Açar sözlərdən doğru şəkildə istifadə edərək saytınızı SEO dostu etmək vacibdir.  Müvafiq HTML teqlərindən istifadə edərək axtarış motorlarının tələb etdiyi səhifə başlığını və məzmun tənzimləmələrini yaratmaq  daha çox organik trafik cəlb etməyə imkan verir.

Minimal Dizaynlar

Darıxdırıcı olmayan və istifadəçi təcrübəsini maksimum dərəcədə artıran minimal dizaynlar ziyarətçilərə diqqətlərini səhifənin onları maraqlandıran hissələrinə yönəltməyə imkan verir.

İstifadəsi asan və əlçatan menyular

Sadə və başa düşülən menyular ziyarətçilərə istədikləri məzmuna asanlıqla daxil olmaq imkanı verir.

Təhlükəsizlik və SSL Sertifikatı

Saytın təhlükəsizliyi eləcə də SSL Sertifikatından istifadə müştərilərdə güvən hissi yaradır. 

Vizual Hierarxiya və Düzgün Tipoqrafiya

Biz başlıqlar, alt başlıqlar və mətn arasında düzgün vizual iyerarxiya yaradırıq və səhifənizin gözə xoş görünməsi üçün müvafiq tipoqrafiyadan istifadə.

 

Sosial Media İnteqrasiyası

Sosial media səhifələrinizə keçid və səhifələrdə paylaşma butonlarının əlavə edilməsi  ziyarətçilərin həm sizin sosial şəbəkədəki səhifələrinizii izləməsinə həm də saytınızı bəyənərək sosial şəbəkədə reklam etməsinə gətirib çıxardır. 

(+994 70) 200 00 21
Mon.-Fri. : 10.00 - 19.00
info@webcenter.az
Contat us!

R. Muxtarov 16

Narimanov R., Baku, Azerbaijan