WordPress Saytlarına Dəstək

WordPress Saytlarına Dəstək

Funksiyalarla zəngin WordPress əsaslı saytları qurmaq  daha rahat, tez və qiymət baxımından daha əlverişli olduğu üçün bir çox şirkət sayt hazırlayarkən WordPress-ə üstünlük verir. Sırf bu səbəbdən həm dünyada həm də Azərbaycanda WordPress əsslı kifayət qədər çox sayt mövcuddur. 

Ancaq sayt hazırlanıb istifadəyə verildikdən sonra saytın texniki dəstəyi, yeni funksiyaların əlavə edilməsi, dizayn dəyişiklikləri bu sahədə kifayət qədər təcrübə tələb edir. 

WebCenter olaraq istənilən WordPress əsaslı saytlar üçün texniki dəstək xidməti təklif edirik. 

Niyə Biz ?

Mütəxəssis Komandamızla Güclü Dəstək Veririk

Biz sizi dinləyir, ehtiyaclarınızı anlayır və ekspert komandamızla WordPress saytınızın hər aspektində dəstək veririk. Yeniləmə problemləri, sürətin optimallaşdırılması, fərdi əlavələr - biz illərlə təcrübəli komandamızla xidmətinizdəyik.

Xüsusi Dizayn 

Hər bir biznes unikaldır və biz saytınızın unikal olmasını təmin etmək üçün fərdi dizayn həlləri təklif edirik. Markanızı əks etdirən estetik və istifadəçi dostu dizaynlarla diqqəti cəlb edin. Sadəcə bəyəndiyiniz dizaynı bizə bildirin və biz onu həyata keçirək.

Sürət və Performans Optimizasiyası
Saytınızın sürəti birbaşa istifadəçi təcrübəsinə təsir edir. Saytınızın yüksək performansla işləməsini təmin etmək üçün optimallaşdırılmış həllər təqdim etməklə ziyarətçilərinizin məmnuniyyətini artırırıq. Bu da onlayn satışlarınıza müsbət təsir edəcək.

Təhlükəsizlikdə Sıfır Tolerantlıq
Məlumatlarınız bizim üçün vacibdir. WordPress saytınızı ən son təhlükəsizlik tədbirləri ilə qorumaqla, etibarlı və təhlükəsiz onlayn mövcudluq yaratmağınıza kömək edirik.

SEO Dostu Məzmun və Strukturlaşdırma
Saytınızın axtarış motorları tərəfindən daha yaxşı indeksləşdirilməsini və sıralanmasını təmin etmək üçün SEO-dostu məzmun və strukturlaşdırma strategiyaları tətbiq edirik.

WordPress saytınızın potensialını maksimum dərəcədə artırmaq və veb saytlarınızı gücləndirmək üçün əlaqə formamız vasitəsilə bizimlə əlaqə saxlaya və ətraflı məlumat əldə edə bilərsiniz. Keyfiyyətli xidmətlərimizlə internet dünyasında fərq yaratmaq üçün bizə qoşulun.

(+994 70) 200 00 21
Mon.-Fri. : 10.00 - 19.00
info@webcenter.az
Contat us!

R. Muxtarov 18

Narimanov R., Baku, Azerbaijan