DeepL, DeepL Voice adlı yeni real-time səs tərcümə vasitəsini istifadəyə verib. Mətn tərcüməsində dəqiqliyi ilə tanınan Alman şirkəti, indi istifadəçilərə bir dildə danışılanı digər dilə dərhal tərcümə olunmuş şəkildə görməyə imkan yaradır.
Xidmət hazırda 13 dildə səs tərcüməsini dəstəkləyir və DeepL-in 33 dil üçün mətn altyazı seçimi var. Hələlik səs və ya video çıxışı təqdim etməsə də, DeepL Voice canlı görüşlər üçün optimallaşdırılıb və tərcümələr video zənglərdə altyazı kimi və ya smartfon ekranında yan-yana göstərilir.
Şirkətin qurucusu Jarek Kutylowski, səs tərcüməsinin DeepL istifadəçiləri tərəfindən 2017-dən bəri ən çox tələb olunan funksiyalardan biri olduğunu bildirdi. Kutylowski vurğulayıb ki, digər süni intellekt tərcümələrindən fərqli olaraq, DeepL Voice real-time nəticələr təqdim etmək üçün hazırlanıb və bu, canlı istifadə üçün əlverişlidir.
Hal-hazırda DeepL Voice yalnız Microsoft Teams ilə inteqrasiya olunur və Zoom və ya Google Meet dəstəyi üçün planlar açıqlanmayıb. Kutylowski məlumat təhlükəsizliyini ön planda tutaraq, səs məlumatlarının DeepL serverlərində işlənildiyini, lakin saxlanılmadığını və ya model təlimi üçün istifadə olunmadığını vurğulayıb ki, bu da GDPR qaydalarına uyğunluğu təmin edir.